Keçmiş səfir birinci vitse-prezidentə köməkçi təyin olundu

Keçmiş səfir birinci vitse-prezidentə köməkçi təyin olundu
24 İyun 2017
Mətni dəyiş
Azərbaycanın Fransadakı keçmiş səfiri Elçin Əmirbəyov birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin edilib.
Abzas.net xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Elçin Əmirbəyov Azərbaycanın Fransada, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri idi.
İyunun 23-də prezidentin sərəncamı ilə o, həmin vəzifələrdən geri çağırılıb.
Bundan əvvəl birinci vitse-prezidentə 2 köməkçi, katibliyinə rəis və rəisə müavinlər təyin edilib. Köməkçilər Anar Ələkbərov və Yusif Məmmədəliyevdir, Katibliyin rəisi Altay Həsənov, onun müavinləri isə Mehdi Dadaşov və Fariz Rzayevdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun