Jurnalistlər Əfqan Muxtarlının işi üzrə dindirməyə çağırılıb

Jurnalistlər Əfqan Muxtarlının işi üzrə dindirməyə çağırılıb
14 İyun 2017
Mətni dəyiş
Jurnalistlər Şahvələd Çobanoğlu və Sevinc Vaqifqızı bu gün Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinə çağırılıblar. Bu barədə Sevinc Vaqifqızı Facebook səhifəsində yazıb.
Hər iki jurnalist həmkarları Əfqan Muxtarlının işi üzrə ifadə vermək üçün çağırılıb.
Jurnalist Sevinc Vaqifqızı dindirməyə saat 14:30-da, Ş. Çobanoğlu saat 16:00-da çağırılıb.
Jurnalist Ə.Muxtarlının mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyi bildirilir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.
Ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumları onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun