İŞİD liderinin "xilafət"i elan etdiyi məscid azad olunub

İŞİD liderinin "xilafət"i elan etdiyi məscid azad olunub
29 İyun 2017
Mətni dəyiş
İraqda İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin 2014-cü ilin yayında "İslam xilafəti"ni elan etdiyi Mosuldakı Əl-Nuri məscidi terrorçulardan təmizlənib.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, İraq ordusunun Mosulun terrorçuların nəzarətində qalan son iki məhəlləsinin də bir neçə gün ərzində azad edəcəyi gözlənilir.
Qeyd edək ki, İraqın ikinci böyük şəhəri Mosulun azad edilməsi əməliyyatına 17 oktyabr 2016-cı ildə başlanıb. Şəhəri ki yerə ayıran Dəclə çayının qərbi 8 yanvar 2017-ci ilə qədər azad edilib. Şəhərin şərq hissəsinin azad edilməsi əməliyyatına fevralın 19-da başlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun