İnterpol Leyla və Arif Yunusla bağlı Azərbaycana cavab verib

İnterpol Leyla və Arif Yunusla bağlı Azərbaycana cavab verib
13 İyun 2017
Mətni dəyiş
Niderland Xarici İşər Nazirliyinin və Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzinin vəkillərinin İnterpolun baş katibi professor Yurgen Stokun adına məktubundan sonra 26 beynəlxalq hüquq-müdafiə təşkilatının "Azərbaycanlı hüquq müdafiəçiləri ilə bağlı sui-istifadələrin qarşısının İnterpol tərəfindən alınması" adlı birgə müraciəti daxil olub.
Artıq İnterpoldan cavab gəlib. Cavabda Arif və Leyla Yunusların həbsi və məcburi deportasiyası barədə Azərbaycan hakimiyyətinin sorğusun təmin edilməyəcəyi deyilir.
"Bununla da İnterpolun köməyilə bizim məcburi göndərilməyimiz məsələsi bağlandı. Lakin biz bununla mübarizəni bitirmək niyyətində deyilik. Azərbaycan hakimiyyəti özü də bilmədən mühüm məsələ qaldırdı: dikrator və avtoritar rejimlərin özgəfikirlilərə qarşı mübarizəsində İnterpoldan istifadəyə yol verilməməsi üçün bu beynəlxalq qurumda islahatların vacibliyi.
Çünki bütün postsovet ölkələrində və digər regionlarda bu rejimlər özgəfikirliləri öz ölkələrinə deportasiya etmək üçün İnterpoldan istifadə edirlər. Və indi biz bu məsələni qaldırdıq ki, diktatorların çirkin niyyətlərində İnterpoldan istifadəyə yol verilməsin", - A.Yunus sosial şəbəkədə məlumat yayıb.
Bu ilin may ayında Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçiləri və keçmiş siyasi məhbuslar Leyla və Arif Yunusların məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar çıxarıb. Onlar Azərbaycanı müalicə məqsədilə tərk ediblər və hazırda Niderlandda yaşayırlar.
Leyla və Arif Yunuslar 2014-cü ildə həbs olunublar və 2015-ci ildə Ermənistanın xeyrinə casusluqda ittiham olunaraq mühakimə ediliblər.
Onlar bir il yarım həbsdə qalıblar. Hüquq müdafiəçilərini şərti olaraq azadlığa buraxsalar da onların üzərindən ittihamlar götürülməyib. Sonradan onlara xaricə müalicəyə getməyə icazə verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun