Dollar səhiyyə islahatı səsverməsinin təxirə salınması ilə düşür

Dollar səhiyyə islahatı səsverməsinin təxirə salınması ilə düşür
28 İyun 2017
Mətni dəyiş
ABŞ-da səhiyyə islahatı səsverməsinin təxirə salınması ilə əlaqədar olaraq, Dollar, G-10 pullarının hamısı qarşısında dəyərdən düşüb. Təxirsalma ilə, Trump hökumətinin gücünə dair şübhələri artıb. Tramp söz verdiyi siyasətləri həyata keçirməkdə çətinliklər ilə üzləşə bilər. Hər bir islahat üçün Senatın razılışığını almaq lazımdır. 
"Marja" xəbər verir ki,  ABŞ Dolları, Cümhuriyyətçilərin qanuna dair səsvermənin 4 İyul tətilindən sonraya təxirə salınmasına qərar verməsilə geriləyib. Avropa Mərkəzi Bankının Prezidenti (AMB) Mario Draghi-nin inflyasiya ilə bağlı müsbət açıqlamaları da Avronu dəstəkləyib, Dollar üzərində təzyiq yaradıb.
İqtisadçılar bildirirlər ki, Avropa Mərkəzi Bankı artıq Fed-in tam əks istiqamətində getmir və bu Dollarda daha geniş miqyaslı bir zəifləməyə səbəb ola bilər.
Səhiyyə islahatına dair səsvermənin təxirə salınması siyasət dəyişikliklərinin çətinliyini göstərir və Trumpın stimullarını və vergi güzəştlərini senatdan keçirəcəyinə dair şübhələri artırır. Bloomberg Dollar Spot İndeksi bu həftə 0.53 faiz azalaraq 1189.24 bəndə enib. Dollar/yen məzənnəsi  0.17 faiz düşərək 112.16 səviyyəsindən əməliyyat olunub. Avro/Dollar məzənnəsi isə 1,5% qalxaraq 1.1350 səviyyəsini keçib (Dollar zəifləyib, Avro güclənib).

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun