Avropa Birliyi də Dağlıq Qarabağla bağlı bəyanat verib

Avropa Birliyi də Dağlıq Qarabağla bağlı bəyanat verib
23 İyun 2017
Mətni dəyiş
“Bu yaxınlarda Dağlıq Qarabağda qoşunların təmas xəttində ölümlə nəticələnən atəşkəs rejiminin pozulması açıq-aydın status-kvo vəziyyətinin sabit olmadığını göstərir”.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherininin sözçüsü Maja Kocijancicin iyunun 22-də yaydığı yazılı bəyanatda belə deyilir.
Azadlıq Radiosunun məlumatına görə, bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistan prezidentləri dəfələrlə atəşkəs rejimi və bu münaqişənin dinc yolla həllinə sadiq olduqlarını bəyan ediblər.
“Avropa Birliyi tərəflərdən sözdə və əməldə zorakılığın səngiməsini və səbrli olmağı gözləyir.
Avropa Birliyi münaqişənin həllində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir, münaqişə zonası və dövlət sərhədlərində gərginliyin azaldılması və tərəflərin siyasi iradə nümayiş etdirərək danışıqlara dönməsi ilə bağlı Minsk qrupunun çağırışına qoşulur”, deyə bəyanatda bildirilir.
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
Tərəflər bir-birlərini, bir qayda olaraq, atəşkəs pozuntularında ittiham edirlər.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun