Neft hasilatının azaldılması ilə bağlı anlaşma daha uzun müddətə uzadılacaq

Neft hasilatının azaldılması ilə bağlı anlaşma daha uzun müddətə uzadılacaq
15 May 2017
Mətni dəyiş
OPEC və kartelə üzv olmayan ölkələr neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il tarixli Vyana anlaşmasını uzatmaq barədə ilkin razılıq əldə edib.
Bu açıqlama ilə Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Faleh çıxış edib: "Düşünürük ki, mayın 25-də Vyanada qəbul olunan qərarın nəticəsi müsbət olacaq. Qrupda tam razılıq əldə olunub".
X.əl-Faleh və Rusiyanın energetika naziri Aleksandr Novak Pekində keçirilən görüşdən sonra birgə açıqlamada bildiriblər ki, mayın 25-də keçiriləcək növbəti sammitdə S.Ərəbistanı və Rusiya iştirakçı ölkələrə anlaşmanı 2018-ci il mart ayının sonuna qədər uzatmağı tövsiyə edəcək. Anlaşmada hasilatın azaldılması ilə bağlı kvota isə əvvəlki kimi 1,8 mln. barel/gün qalacaq.
Xəbərin yayılmasından sonra "Brent" markalı neftin qiyməti 1,5% artaraq 51,6 dollar/barelə yüksəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun