İlkin Rüstəmzadə müalicə müəssisə köçürülüb

İlkin Rüstəmzadə müalicə müəssisə köçürülüb
17 May 2017
Mətni dəyiş
NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadə Penitensiar Xidmətin hospitalına köçürülüb. Bu barədə siyasi məhbusun bacısı Türkan Rüstəmzadə xəbər yayıb.
Abzas.net xəbər verir ki, İlkin Rüstəmzadə məlumatı ailəsinə mayın 15-i zəng edərək deyib.
Bir neçə müddət əvvəl siyasi məhbusun yaxınları cəzaçəkmə müəssisəsinin həkiminin təqdimat verməsinə baxmayaraq, Penitensiar Xidmətin (PX) gənc fəalın xəstəxanaya yerləşdirilməsinə icazə vermədiyini demişdilər.
İlkin Rüstəmzadənin hələ mart ayında kəskin ağrıları başlamışdı. Həkimlər onun mədə xorasından və nevrozdan əziyyət çəkdiyini bildirirdilər.
Rüstəmzadə 2013-cü il martın 10-da iğtişaşların təşkili ittihamı ilə 7 digər nidaçı fəalla birlikdə həbs olunub. Onlar hamısı uzunmüddətli həbs cəzaları alıblar. Əslində isə fəallar dinc şəraitdə əsgər ölümlərinə qarşı dinc etiraz aksiyası təşkil etmişdilər.
2013-cü ildə onunla birgə həbs olunanlardan bu gün yalnız Rüstəmzadə həbsdə qalıb. Digərləri əfv fərmanları ilə azadlığa buraxılıb.
"Amnesty International" İlkin Rüstəmzadəni "vicdan məhbusu" kimi tanıyıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun