Hüquq müdafiəçisi ittiham edir, SOCAR inkar edir

Hüquq müdafiəçisi ittiham edir, SOCAR inkar edir
8 May 2017
Mətni dəyiş
SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) rəhbərliyi işçilərin əmək haqlarının azaldılması məqsədilə onları vəzifələrinin kiçildilməsi xahişilə ərizə yazmağa məcbur edir. Bu barədə Turan-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.
Onun sözlərinə görə, bu tədbirlər müxtəlif layihələrin həyata keçirilməsi və işçilərin vəzifələrinin dəyişdirilməsi ilə izah edilir.
“Ancaq ümumi qaydalar var ki, hər hansı layihə və ya proqram həyata keçirilərkən işçilərin əmək haqları mövcud əmək haqqından aşağı ola bilməz. İndiki halda, əmək haqları 200 manat azaldılır”, - M.Qəhrəmanlı qeyd edib.
Onun sözlərinə görə, neftçilər prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya şikayətlə müraciət ediblər.
Müraciəti “Neft daşları” NQÇİ-nin işçiləri göndərib. Digər idarələrin əməkdaşları isə Prezident Administrasiyasına getmək niyyətindədir.
SOCAR  isə öz bəyanatında qeyd edir ki, yeniliklər şirkətin “beynəlxalq standartlar” üzrə işə keçməsilə əlaqədardır. Buna görə də ştat cədvəli “günün tələblərinə” uyğunlaşdırılıb.
“Azneft” İB-nin idarəetmə aparatındakı işçilərin vəzifə standartları hazırlanıb. İşçilərə yeni standartlar üzrə yenidən əməyin ödənilmə dərəcəsi və vəzifə maaşı hesablanıb. Əmək haqları azalan işçilərə kompensaiya veriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun