Gürcüstanda yaşayan mühacir Azərbaycana qaytarıla bilər

Gürcüstanda yaşayan mühacir Azərbaycana qaytarıla bilər
8 May 2017
Mətni dəyiş
Tiflis Apellyasiya Məhkəməsi azərbaycanlı mühacir Daşqın Ağalarlının oturum qərarını ləğv edib.
Bunu Abzas.net-ə jurnalist Əfqan Muxtarlı bildirib. Onun sözlərinə görə, Daşqın Ağalarlıya qətnamə təqdim edilib və o, 1 ay ərzində ölkəni tərk etməlidir.
"BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı Daşqın bəyin 3-cü ölkəyə köçürülməsi barədə öhdəliyinə əməl etməkdən rəsmən imtina edib. Daşqın bəyi Gürcüstanda həbs edilməsi, onun oturum qərarının ləğvi və BMT-nin imtina qərarı Azərbaycan hakimiyyətinin səyi nəticəsində baş tutub"- Əfqan Muxtarlı deyib.
[caption id="attachment_15787" align="alignnone" width="2048"] Əfqan Muxtarlı[/caption]
Onun sözlərinə görə, hazırda Daşqın Ağalarlının həyatına real təhlükə var:
"Onu Azərbaycana qaytara bilərlər. Belə olarsa biz növbəti faciə ilə üzləşə bilərik. Hakimiyyət Daşqın bəylə də Mehman Qələndərov kimi davranacaq və daha qəddar olacaq".
Əfqan Muxtarlı Daşqın Ağaları üçün hüquq müdafiəçilərinə müraciət edib:
"Hüqüq müdafiəçilərinə səslənirəm. Daşqın bəyin işi ilə məşğul olun. Hələki bir ay zamanımız var. Xüsusi olaraq heç bir hüquq müdafiəçisinin adını çəkmirəm. Nəsə olsa daha bir-birimizi ittiham etməyəcəyik. Günah hamımızda olacaq".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun