Abid Şərifova yaxın şirkətin 5 aydır işçilərə maaş vermədiyi deyilir - aksiya keçiriblər

Abid Şərifova yaxın şirkətin 5 aydır işçilərə maaş vermədiyi deyilir - aksiya keçiriblər
26 May 2017
Mətni dəyiş
“Avrasiya tikinti korporasiyası EVRACON” ASC beşinci aydır, işçilərə əmək haqqı vermir. Səbəb vəsaitin olmamasıdır, deyə şirkətin Müşahidə Şurasının üzvü Namik Kərimli Turan-a bildirib.
“Maaşlar gecikmə ilə verilir. Bu, Azərbaycandakı və xaricdəki layihələrə aiddir”, deyə EVRACON təmsilçisi qeyd edib.
KİV-də yayılan məlumata görə, Ələt-Astara yolunun tikintisi layihəsində iştirak edən işçilər maaşların verilməməsi ilə bağlı xəbərdarlıq tətili keçirib. N.Kərimli deyib ki, bu barədə məlumatı yoxdur.
EVRACON ASC-də 3 minə qədər işçi çalışır. Mühəndis-texniki tərkib nəzərə alınmadan orta aylıq maaş 700 manata yaxındır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun