Əliyevdən müsəlman ölkələrinə çağırış: "Ermənistanı boykot etməlidirlər"

Əliyevdən müsəlman ölkələrinə çağırış: "Ermənistanı boykot etməlidirlər"
10 May 2017
Mətni dəyiş
Prezident İlham Əliyev İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv ölkələri Ermənistanla işğal etdiyi Azərbaycan ərazilərini boşaltmadığına görə əlaqələri inkişaf etdirməkdən çəkinməyə səsləyib.
Bu açıqlama prezidentin "OIC Journal" nəşrində dərc edilmiş "İslam həmrəyliyinin güclənməsi zamanın tələbidir" sərlövhəli məqaləsində yer alır.
Azadlıq Radiosu-nun məlumatına görə, İ.Əliyev vurğulayıb ki, BMT və İƏT Ermənistanı təcavüzkar kimi tanıyıblar.
O hesab edir ki, bu beynəlxalq təşkilatların qətnamələri bütün müsəlman ölkələrinə mesaj olmalıdır. Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın dini-mədəni sərvətlərinə deyil, həm də ümumilikdə İslamın tarixi-mədəni irsinə hücumdur.
Ölkə başçısı həmçinin, Pakistan və Səudiyyə Ərəbistanının indiyədək Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə rəsmən tanımadıqlarına diqqət çəkib. "Elə bu səbəbdən Türkiyə Ermənistanla heç bir münasibət qurmayıb. Biz bütün bunları qardaş münasibəti və real dəstəyin nümunəsi hesab edirik", - deyə Azərbaycan prezidenti qeyd edib.
Mayın 12-də Azərbaycanda rəsmi olaraq start götürəcək IV İslam Həmrəyliyi Oyunlarına toxunan Əliyev deyib ki, bu, təkcə idman yarışları deyil, həm də islam birliyi və həmrəyliyi günləri olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun