Xaricə istirahətə gedənlərin sayı azalıb

Xaricə istirahətə gedənlərin sayı azalıb
7 Aprel 2017
Mətni dəyiş
Ötən ilə nisbətən bu il Azərbaycandan xaricə istirahətə gedənlərin sayı üzrə çox böyük azalma müşahidə edilmir.
Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib.
Nazir deyib ki, 2016-cı ildə getmə turizm üzrə göstərici 10 faizədək azalıb. Onun sözlərinə görə, baş verən iqtisadi çətinliklərlə əlaqədar getmə turizminin azalması bütün dünyada müşahidə edilir.
Ə.Qarayev bildirib ki, Azərbaycan vətəndaşlarının müxtəlif ölkələrdə istirahət etməsini istəsələr də, getmə turizm prioritet deyil. Nazir əsas məqsədin gəlmə turizminin inkişafı olduğunu söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun