FT: Maliyyə sektorunda qadınlara hələ də yüksək vəzifə verilmir

FT: Maliyyə sektorunda qadınlara hələ də yüksək vəzifə verilmir
5 Aprel 2017
Mətni dəyiş
Financial Times qəzetinin apardığı araşdırmaya görə, maliyyə sektorunda çalışanların çoxu qadın olsa da, yüksək vəzifələrdə onların yalnız 25 faizi təmsil olunub.
Araşdırma dünyanın ən böyük 50 bank, sığorta, aktivlər idarəsi və peşəkar xidmətlər şirkətlərindən verilən məlumatlara əsaslanır.
Qəzetin yazdığına görə, ötən illərlə müqayisədə yüksək vəzifələrdə qadınların sayı artsa da, bu irəliləyiş zəif olub.
Üst təbəqədə qadınların təmsil olunması ilə bağlı ləngimə məyusluğa səbəb olur, araşdırmada deyilir.
"Məncə biz bəzi irəliləyişlər əldə etmişik, amma bu yetərli deyil", Citi bankın Avropa, Yaxın Şərq və Afrika üzrə nümayəndəsi Jim Cowles deyib.
Morgen Stanley investisiya bankında yüksək mövqe tutan Clare Woodman isə deyir ki, "heç kəs işimizin başa çatdığını düşünmür".
Araşdırmanın nəticələrinə görə, peşəkar xidmət firmaları qadınların ən çox yüksək mövqe tutduğu sektordur.
Bu sahədə hər iki kişiyə bir qadın var. Bank, sığorta və aktivlər idarəsində isə qadınları sayı 30 faiz təşkil edir.
Məlumatda Asiyada qadın təmsilciliyinin xüsusilə az olduğu qeyd edilir.
Bankların verdiyi məlumatda yüksək vəzifə tutan qadınlar 6,9 faiz təşkil edb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun