Forbes-ın milyarderlər siyahısında 5 azərbaycanlı biznesmenin adı var

Forbes-ın milyarderlər siyahısında 5 azərbaycanlı biznesmenin adı var
20 Aprel 2017
Mətni dəyiş
Forbes jurnalının Rusiyadakı versiyası ölkənin 200 ən varlı biznesmeninin illik reytinq siyahısını dərc edib. Onların arasında 5 Azərbaycan əsilli milyarderin də adı var.
İki ildir ki, reytinq siyahısına "Novateka"nın sahibi Leonid Mixelson başçılıq edir.
Ümumilikdə ötən il ərzində 200 varlı rusiyalı daha da zənginləşib. Jurnalistlərin hesablamalarına görə, reytinq iştirakçılarının sərvəti 100 milyard dollar artaraq 460 milyard dollar təşkil edib.
Rusiyanın dollar milyarderlərinin sayı isə 77-dən 96-a yüksəlib.
[caption id="attachment_31863" align="alignnone" width="624"]
Araz Ağalarov və oğlu Emin Ağalarov hazırki ABŞ prezidenti Donald Trumpla 2013-cü ildə görüşüblər.[/caption]
Rusiyanın Azərbaycan əsilli milyarderləri
Rusiyanın ilk onluğunda yerləşən Vahid Ələkbərovun sərvəti keçən ildən 5.6 milyard dollar artaraq 14.5 milyard dollara çatıb. O, Lukoil neft şirkətini 1991-ci ildə təsis edib və hazırda şirkətin prezidentidir.
Vahid Ələkbərov 2016-cı ildə yatırımlarından 600 milyon dollar qazanıb, Forbes yazır. O həmçinin siyahıda ilk onluqdadır.
Leyla Əliyevanın keçmiş əri və pop ulduzu Emin Ağalarovun atası Araz Ağalarov keçən ildən sərvətini 500 milyon dollar artıraraq 1.7 milyard dollara çatdırıb.
Ticarət tədbirlərinin təşkili ilə məşğul olan Crocus şirkətinin təsisatçısı, Araz Ağalarov, daha sonra ABŞ prezidenti Donald Trump-la sıx biznes əlaqələri qurub. 2013-cü ildə, o, o zaman cənab Trump-a məxsus olan Miss Universe gözəllik müsabiqəsinin Rusiyaya gəlməsini maliyyələşdirib, Forbes yazır.
Əmlak inkişafı ilə məşğul olan və Moskvada bir neçə ticarət mərkəzinə sahib olan Qod Nişanovun sərvəti 100 milyon dollar azalaraq 3.1 milyard dollara çatıb. Onun biznes partnyorlarından biri, İlham Rəhimov Leninqrad Dövlət Universitetində Vladimir Putinlə bir yerdə oxuyub.
Qod Nişanovla birgə bizneslərindən gəlirləri bərabər paylaşan Zarax İliyevin sərvəti 100 milyon dollar azalaraq 3.1 milyard dollara çatıb.
Fərhad Əhmədov karyerasına Londonda Rusiyadan gətirdiyi xəzləri sataraq başlayıb. Daha sonra enerji sənayəsində Nortgaz şirkətinin sədri olub. 2012-ci ildə Nortgaz səhmlərini sataraq, o, Azərbaycanda nar şirəsi zavodu açmaq üçün 55 milyon dollar yatırıb.
2014-cü ildə rusiyalı milyarder Roman Abramoviçdən Luna yaxtasını alan Fərhad İsmayilovun sərvəti keçən ildən 100 milyon dollar azaralaraq 1,3 milyard dollara çatıb.
Rus zənginlər
Siyahıya ötən il olduğu kimi, bu il də Rusiyanın özəl böyük qaz hasilatı şirkəti olan "Novotek" in sahibi Leonid Mixelson başçılıq edir.
Sərvəti artan liderlərdən biri isə "Stroyqazmontaj"ın sahibi Arkadiy Rotenberq olub. İlk dəfə olaraq reytinq siyahısının ilk 100-lüyünə Telegram-ın yaradıcısı Pavel Durov da daxil olub.
Jurnalın dəyərləndirməsinə görə, ötən il ərzində sərvəti 4 milyard artan Mixelsonun varidatı 18,4 milyard təşkil edir.
İkinci yerdə 17.5 milyard dollarla "Severstal" şirkətinin sahibi Aleksey Mordaşov qərarlaşıb.
Ötən il 6-cı yerdə olan Mordaşovun 6,6 milyard dollar dəyərində varlandığı qeyd olunub.
[caption id="attachment_31865" align="alignnone" width="624"] Üç il qabaq, Araz Ağalarovun Crocus Group şirkəti Donald Trump-a məxsus olan "Miss Universe" gözəllik müsabiqəsini Moskvada keçirmək üçün 20 milyon dollar xərcləyib.[/caption]
Novolipetsk Metallurgiya Kombinatının başçısı Vladimir Lisin isə 8-ci yerdən 3-ə yüksəlib.
Sərvətinin 9,3 milyard dollar artıran Lisinin ötən ildə sərvəti 16.1 milyard təşkil edib.
Hazırda ABŞ-ın sanksiyaları altında olan "Volga Group"un sahibi Gennadiy Timçenko isə 16 milyard dollarla reytinq siyahısında 4-cü yerdədir.
İlk onluğa USM Holdings-in yaradıcısı Alişer Usmanov(15,2 milyard dollar), "Lukoil"un prezidenti Vahid Ələkbərov (14,5 milyard dollar), "Alfa-qrup"un həmtəsisçisi Mixail Fridman (14,4 milyar dollar), "İnterros" və "Nornikel"-in prezidenti Vladimir Potanin (14,3 milyard dollar), SUEK və "Evroxim"in həmtəsisçisi Andrey Melniçenko (13,2 milyard dollar) və "Renova"nın direktorlar şurasının sədri Viktor Vekselberq (12,4 milyard dollar) daxil olublar.
Forbes-in ilk onluğuna ilk dəfə düşən yeganə şəxs Andrey Melniçenkodur.
Sərvəti artan zənginlərdən biri də "Stroyqazmontaj"ın sahibi Arkadiy Rotenbergdir.
Rotenberq 39-cu yerdə qərarlaşıb. 2015-ci ildə 1 milyard dollara sahib olan Rotenberqin 2016-cı ildə sərvəti artaraq 2,6 milyard dollar təşkil edib. "Vkontakte" və Telegram-ın sahibi Pavel Durov sərvətini 950 milyon dollar yüksəldərək ilk dəfə olaraq reytinq cədvəlinin ilk yüzlüyünə daxil olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun