Elmar Məmmədyarov Maltada bir sıra görüşlər keçirib

Elmar Məmmədyarov Maltada bir sıra görüşlər keçirib
18 Aprel 2017
Mətni dəyiş
Xarici işlər naziri Elmar Məmmədyarov Maltanın xarici işlər naziri Corc Vella ilə görüşüb.
Abzas.net xəbər verir ki, Maltada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu gün həmkarı Joseph Muscat ilə görüş keçirib.
Azərbaycanla Malta arasında əlaqələrin son illərdə dinamik şəkildə inkişaf etdiyini bildirən E.Məmmədyarov, iqtisadi və enerji sahəsində əməkdaşlığın inkişafında müsbət nəticələrin əldə olunduğunu vurğulayıb.
Rəsmi səfərinin Maltanın Avropa Birliyinə(AB) sədrlik etdiyi dövrə təsadüf etdiyini deyən nazir bu qurumla Azərbaycan əlaqələrinin inkişaf perspektivləri və tərəfdaşlığa dair yeni saziş layihəsi barədə məlumat verib.
E.Məmmədyarov Joseph Muscat-ı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə də məlumatlandırıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, Joseph Muscat-ın isə ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə edib, ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib.
Azərbaycanın-AB əlaqələrinin əhəmiyyətinə toxunan Joseph Muscat Maltanın bu qurum ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin imzalanması istiqamətində gözlənən danışıqları dəstəklədiyini söyləyib.
E. Məmmədyarov Malta səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri George Vella ilə də görüşüb.
Görüşdə iki ölkə arasında münasibətlərin və siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə edildiyi bildirilir. Tərəflər enerji sektorunda səmərəli əməkdaşlığın mövcud olduğunu, turizm, sərmayə qoyuluşu, nəqliyyat sahələri üzrə əlaqələrin inkişafından ötrü geniş imkanların olduğunu deyiblər.
Elmar Məmmədyarov daha sonra Malta parlamentinin spikeri Anglou Farruca ilə də görüşüb.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri E. Məmmədyarov aprelin 17-də Maltaya gedib. Onun Maltadan da İtaliyaya yola düşəcəyi bildirilir. E. Məmmədyarovun İtaliyada da rəsmi görüşlərini davam etdirəcəyi, ikitərəfli və regional məsələlərlə bağlı müzakirələr aparacağı bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun