Banklar gücləndirilmiş iş rejiminə keçib

Banklar gücləndirilmiş iş rejiminə keçib
14 Aprel 2017
Mətni dəyiş
Bakıda ilk dəfə keçirilən ticarət festivalı ilə əlaqədar, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə aprelin 10-dan etibarən 23 bankın 50-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Abzas.net xəbər verir ki, bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasından  verilən məlumatda bildirilib.
Festival dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 6 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla bütün həftə boyu xidmət göstərir.
Festivalla əlaqədar olaraq, həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir problemlə ölkə vətəndaşları və turistlər Palatanın əməkdaşına müraciət edə bilərlər. Koordinator Elşən Səmədovdur. Telefon: (+944) 51 444 25 32
Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələri MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun