AZAL Bakıdan Ciddəyə birbaşa aviareys açır

AZAL Bakıdan Ciddəyə birbaşa aviareys açır
17 Aprel 2017
Mətni dəyiş
"Azərbaycan Hava Yolları" cari ilin sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəri Ciddəyə birbaşa uçuşlar yerinə yetirməyə başlayacaq.
Abzas.net-in məlumatına görə, Ciddəyə reyslər həftənin cümə axşamı və bazar günləri biznes və ekonom salonlu, komfortlu Airbus A320 laynerləri ilə yerinə yetiriləcək.
Ciddə Səudiyyə Ərəbistanının iqtisadi paytaxtı, həmçinin Məkkə inzibati rayonunun ən iri şəhəri hesab olunur. Ciddə Beynəlxalq Hava Limanı (JED) turist və zəvvarların əsas tranzit məntəqələrindən biri sayılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun