Türkiyə: 416 nəfər vəzifədə bərpa olunub

Türkiyə: 416 nəfər vəzifədə bərpa olunub
30 Mart 2017
Mətni dəyiş
Türkiyədə fövqəladə vəziyyət çərçivəsində yayımlanan yeni qərar əsasında çevriliş cəhdindən sonra işdən uzaqlaşdırılmış 416 nəfər vəzifələrinə bərpa olunub.
Bəzi dövlət qurumlarının siyahısında vəzifələrə qayıdanların sayı göstərilir:
  • Daxili İşlər Nazirliyinin Yerli İdarələri: 90 nəfər
  • Dini İşlər Nazirliyi: 76
  • Ali Təhsil Təşkilatı: 37
  • Sosial Müdafiə Təşkilatı: 24
  • Baş Təhlükəsizlik İdarəsi: 24
  • Ədliyyə Nazirliyi və ona bağlı təşkilatlar: 15
Türk Silahlı Qüvvələrindəki (TSK) vəzifələrinə geri qayıdanların sayı 7 nəfər olub.
Onların arasında professor, general Atilla Güngör da var.
Mart ayında Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən verilən məlumata görə, ötən ilin iyul ayında baş verən dövlət çevrilişinə cəhddən sonra "FETO araşdırması" nəticəsində 125 min 485 nəfər insan vəzifədən uzaqlaşdırılmışdı.
Nazirlik mart ayına qədərki müddətdə 18 min 331 insanın da vəzifəsinə geri qaytarıldığını xəbər vermişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun