"Fitch" agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin reytinqini açıqlayıb

"Fitch" agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin reytinqini açıqlayıb
17 Mart 2017
Mətni dəyiş
"Fitch" beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin uzunmüddətli avrobondlar üzrə reytinqini "BB+" səviyyəsində təsdiq edib.
"Report"un Agentliyin rəsmi məlumatına istinadən verdiyi xəbərə görə, "Fitch" bildirib ki, onun bu təsdiqi "Cənub Qaz Dəhlizi" QSC-nin Azərbaycan Respublikası tərəfindən zəmanət verilmiş, toplam həcmi 2 mlrd. ABŞ dolları, tədavül müddəti 10 il olan istiqrazlara Agentliyin dəyişməyən mövqeyini əks etdirir.
Xatırladaq ki, 2016-cı ilin mart ayında “Cənub Qaz Dəhlizi” QSC tərəfindən 1 mlrd. ABŞ dolları məbləğində illik 7% gəlirlilik dərəcəsi (6,875 kupon faizi ilə) və 10 il ödəmə müddəti ilə istiqrazlar emissiya edildikdən sonra, emitent, 144a/RegS tələblərinə uyğun olaraq, bu ay 1 mlrd. dollar dəyərində əlavə istiqraz buraxılışı üçün yenidən beynəlxalq kapital bazarlarına çıxıb və həmin istiqrazlar 5,8% gəlirlilik dərəcəsi ilə yerləşdirilib.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" QSC tam Azərbaycana məxsus olan şirkətdir. Onun 51%-i İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun