Mosulda partlayışlar: 14 nəfər ölüb

Mosulda partlayışlar: 14 nəfər ölüb
14 Fevral 2017
Mətni dəyiş
İraqın Mosul şəhərində təşkil edilən bombalı hücum ilə raketin evə dəyməsi nəticəsində 14 nəfər ölüb, 34 nəfər yaralanıb.
Terrorla Mübarizə Qurumunun kapitanı İsmayıl Davud Anadolu Agentliyi müxbirinə verdiyi açıqlamada, 2 kamikadzenin şəhərin İŞİD-dən azad edilən şərq hissəsində yer alan Ez-Zəhra məhəlləsində bazarlardan birində üzərlərindəki bombanı partlatdığını, hadisədə 12 nəfərin həyatını itirdiyini, bir neçəsi ağır olmaqla 33 nəfərin də yaralandığını qeyd edib.
Hadisə zamanı ətrafda olan bir çox dükanda maddi ziyanın meydana gəldiyini ifadə edən Davud, təhlükəsizlik qüvvələrinin bölgəyə çıxan yolları nəqliyyata bağladığını bildirib.
Ninova Əməliyyat Bölməsinin polkovniki Əhməd əl-Cuburi isə eyni məhəllədə evə düşən raketin bir ana ilə 1,5 yaşındakı oğlunun həyatını itirməsinə səbəb olduğunu, qızının isə yaralandığını söyləyib.
Əl-Cuburi raketin İŞİD-in idarəsindəki qərb bölgəsindən atıldığını da dilə gətirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun