"Made in Azerbaijan" brendi "Alibaba.com"da xeyli güclənib

"Made in Azerbaijan" brendi "Alibaba.com"da xeyli güclənib
23 Fevral 2017
Mətni dəyiş
Azexport.az portalı işə düşəndən Azərbaycan məhsullarının beynəlxalq platformalarda, o cümlədən Alibaba.com platformasında təmsil olunma səviyyəsi 50 dəfə artib.
Abzas.net xəbər verir ki, portalın statistik rəqəmlərə əsaslanaraq hazırladığı infoqrammadan göründüyü kimi, ötən ilin son aylarında qonşu ölkələrlə müqayisədə beynəlxalq portallarda Azərbaycan məhsullarının təmsil olunması ilə bağlı vəziyyət sürətlə yaxşılaşır.
Çünki Azexport.az portalı yüzlərlə “Made in Azerbaijan” brendini qlobal və regional səviyyəli elektron ticarət portallarında sərgiləyir. Azexport.az-dan verilən məlumata görə, portalın hədəflərindən biri qısa müddətdə MDB məkanında “Made in Azerbaijan” brendinin qlobal “vitrində” ilk yerlərdə möhkəmlənməsini təmin etməkdən ibarətdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun