İraqda korrupsiyaya qarşı etiraz aksiyası ölümlə nəticələnib

İraqda korrupsiyaya qarşı etiraz aksiyası ölümlə nəticələnib
12 Fevral 2017
Mətni dəyiş
İraqda Sədr Hərəkatı lideri Müqtəda əs-Sədr tərəfdarları Yüksək Seçki Komissarlığı üzvlərinin dəyişdirilməsi tələbiylə paytaxt Bağdadda aksiya təşkil edib.
"Euronews" xəbər verir ki, nümayişçilərin mühafizə edilən "Yaşıl Bölgə"-yə getmək istəmələrindən sonra gərginlik yaşanıb.
Aksiya iştirakçılarını dağıtmaq üçün havaya atəş açan polis gözyaşardıcı qazdan istifadə edib. Meydana gələn hadisələrdə 2-si polis 7 nəfər ölüb, ən az 200 nəfərin də yaralandığı bildirilir.
"Hökumət dəyişikliyi istəyirik. Bunların yerinə ölkəsini sevən insanların gəlməsini və İraqı yenidən inşa etməsini istəyirik. Seçkilər manipulyasiya edildi. Hər 4 ildə bir eyni korlanmış insanlar seçilir. Daha dürüst insanları istəyirik".
Parlament və hökumət içindəki korrupsiyanı etiraz edən nümayişçilər Yüksək Seçki Komissarlığı qanunu və üzvlərinin dəyişdirilməsini tələb edib.
Müqtəda əs-Sədr, sabiq baş nazir Nuri əl-Maliki dövründə təyin olunmuş Seçki Komissarlığı üzvlərinin partiyalara yaxınlıqları səbəbiylə müstəqil olmadıqlarını müdafiə edir.
Xatırladaq ki, Sədr tərəfdarları keçən il təşkil etdikləri nümayişdə "Yaşıl Bölgə"-yə girə bilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun