İran OPEC-i neft hasilatını daha da azaltmağa çağırıb

İran OPEC-i neft hasilatını daha da azaltmağa çağırıb
8 Fevral 2017
Mətni dəyiş
İranın neft naziri Bican Zanqane OPEC-in ilin ikinci yarısında neft hasilatını azaldılmasının davamını müzakirə etməli olduğunu bildirib.
Report-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazir "Fars" agentliyinə müsahibəsində bildirib.
Zanqanenin sözlərinə görə, OPEC ikinci yarəmillikdə hasil olunan neftin həcmini bir qədər də azaltmalıdır: "Bu məsələ müzakirə olunmalı və qiymətləndirilməlidir".
Qeyd edək ki, İran neft naziri bu barədə venesuelalı heyətlə görüşü zamanı açılama verib. O, OPEC üzvü olan İran və Venesuelanın ikinci yarımilllikdə hasilatın azaldılması ideyası barədə həmfikir olduqlarını xatırladıb. Bununla yanaşı nazir İranın martın 20-də bitəcək cari maliyyə ilində nef-qaz satışından 41 mlrd. dollar gəlir əldə etdiyini açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun