Fransa dövlət katibi Azərbaycan vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb

Fransa dövlət katibi Azərbaycan vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb
10 Fevral 2017
Mətni dəyiş
Fransanın baş naziri yanında Dövlət islahatları və asanlaşdırma məsələləri üzrə dövlət katibi Jean-Vincent Placé bu gün, fevralın 10-da Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup fəalı ilə görüşüb.
Söhbət zamanı Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti və problemləri müzakirə olunub.
"Azadlıq Radiosu" xəbər verir ki, J.V.Placé-nin görüşdə bildirdiyinə görə, o, qeyd olunan mövzuları Azərbaycan rəsmiləri ilə danışıqlarda da qaldırıb.
Görüşdə iqtisadçı ekspertlər Qubad İbadoğlu, Samir Əliyev, Rövşən Ağayev, "Turan" Agentliyinin direktoru Mehman Əliyev, qadın fəal Şəhla İsmayıl və "Şəffaflıq-Azərbaycan" QHT-nin rəhbəri Rəna Səfərəliyeva iştirak ediblər.
J.V.Placé Azərbaycanda rəsmi görüşlərə fevralın 8-də başlayıb. O, prezident İlham Əliyev və "ASAN Xidmət" rəhbəri İnam Kərimovla görüşüb.
Bundan başqa, Bakıdakı Fransa liseyinə baş çəkib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun