Elmar Məmmədyarov Rusiyaya gedəcək

Elmar Məmmədyarov Rusiyaya gedəcək
18 Fevral 2017
Mətni dəyiş
Bu gün Rusiya Federasiyasının dövlət katibi, xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu ilə görüşüb.
APA-nın verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında münasibətlər, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya planlaşdırılan rəsmi səfərinə hazırlıq və digər məsələlər müzakirə olunub.
Tərəflər bu il aprelin 4-də Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin 25-ci ildönümünün qeyd olunması ilə bağlı görülən hazırlığı da müzakirə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun