Cahangir Əsgərov işdən çıxarılıb? [Şirkət rəsmisi təkzib etmir]

Cahangir Əsgərov işdən çıxarılıb? [Şirkət rəsmisi təkzib etmir]
23 Fevral 2017
Mətni dəyiş
"Yayılan bu xəbərlərə şərh vermək, bu barədə danışmaq istəmirəm"
Bu sözləri Azərbaycan Hava Yolları şirkətinin mətbuat katibi Paşa Kəsəmənski şirkətin prezidenti Cahangir Əsgərovun vəzifədən çıxarılması ilə bağlı yayılan xəbərlər haqda Axar.az-a danışarkən deyib. O, məsələ ilə bağlı geniş açıqlama verməyəcəyini bildirib:
“Bu məsələ haqda ətraflı açıqlama verməyəcəyəm. Kim bu haqda yazırsa, qoy onlar da açıqlama versin”.
Ötən gün axşam saatlarından başlayaraq, sosial şəbəkələrdə Azərbaycan Hava Yolları QSC-nin sədri Cahangir Əsgərovun vəzifədən çıxarılması haqda xəbərlər paylaşılır.
Azərbaycan Hava Yolları (AZAL) qapalı səhmdar cəmiyyətdir və onun sədrini Azərbaycan prezidenti təyin və ya vəzifədən azad edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun