BTC ilə daşınan xam neftin həcmi 3,1% azalıb

BTC ilə daşınan xam neftin həcmi 3,1% azalıb
22 Fevral 2017
Mətni dəyiş
BOTAŞ şirkəti 2016-cı ildə Türkiyə ərazisindən keçən 4 boru xətti ilə nəql olunan neftin həcmini açıqlayıb.
APA-nın məlumatına görə, ötən il bu boru xətləri ilə ümumilikdə 498 mln. 864 min barel xam neft nəql olunub.
Nəql olunan neftin 50,9%-i və ya 253 mln. 976 min bareli Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin payına düşüb. Onu da qeyd edək ki, 2015-ci illə müqayisədə BTC ilə daşınan xam neftin həcmi 3,1% azalıb.
Ümumilikdə, 2015-ci illə müqayisədə ötən il İraq-Türkiyə, Ceyhan-Kırıkkale, Batman-Dördyol və BTC boru xətləri ilə daşınan xam neftin həcmi 1,2% azalıb. Qeyd edək ki, 2015-ci ildə bu kəmərlərlə 505 mln. 320 min barel xam neft nəql edilib.
Bundan başqa, İraq-Türkiyə boru xətti ilə ötən il 189 mln. 439 min barel, Ceyhan-Kırıkkale boru xətti ilə 35 mln. 357 min barel xam neft daşınıb. Batman-Dördyol boru xətti ilə dünya bazarlarına çıxarılan neftin həcmi isə 20 mln. 92 min barel təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun