Vergilər Nazirliyində daha iki idarə ləğv edilib

Vergilər Nazirliyində daha iki idarə ləğv edilib
6 Yanvar 2017
Mətni dəyiş
Vergilər Nazirliyində iki idarənin ləğv edilməsi ilə bağlı qərar qəbul olunub.
Ləğv edilən Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin bazasında Vergi qanunvericiliyinin icrasına nəzarət Departamenti, Vergi auditi və operativ nəzarət İdarəsinin bazasında isə Vergi öhdəliklərinin icrasına nəzarət Departamenti yaradılıb.
"Report"-un xəbərinə görə, yeni yaradılan departamentlərin rəhbər vəzifələrinə hələ ki, təyinat yoxdur.
Xatırladaq ki, bu vaxta qədər ləğv edilən Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi Zeynalabdin Məmmədzadə, Vergi auditi və operativ nəzarət İdarəsinin rəisi isə Toğrul Quliyev olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun