Qambiya hökuməti: Keçmiş prezident qaçarkən dövlət xəzinəsindən 11 milyon dolları da aparıb

Qambiya hökuməti: Keçmiş prezident qaçarkən dövlət xəzinəsindən 11 milyon dolları da aparıb
23 Yanvar 2017
Mətni dəyiş
Qambiyada keçmiş prezident Yəhya Cammenin vəzifəsindən getməsindən sonra dövlət xəzinəsindən 11 milyon ABŞ dollarından çox vəsait də yoxa çıxıb.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə hazırkı prezident Adama Barrounun müşaviri May Əhməd Fetti bildirib.
"Xəzinə faktiki olaraq boşdur. Bunu Qambiya Maliyyə Nazirliyinin və Mərkəzi Bankının texniki mütəxəssisləri də təsdiq ediblər", - deyə M.Ə.Fetti vurğulayıb.
Xatırladaq ki, ötən həftənin şənbə günü 20 ildən çox Qambiyanın dövlət başçısı vəzifəsini yerinə yetirən Y.Camme hökuməti prezident seçkilərində qalib gəlmiş A.Barrouya təhvil verərək ölkəni tərk edib.
Şahidlərin sözlərinə görə, Y.Cammenin uçduğu yük təyyarəsində bir neçə lüks avtomobil və digər dəbdəbəli əşyalar olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun