Moskva Suriya müxalifətinə yeni konstitusiya layihəsini təqdim edib

Moskva Suriya müxalifətinə yeni konstitusiya layihəsini təqdim edib
25 Yanvar 2017
Mətni dəyiş
Moskva Suriya silahlı müxalifətin nümayəndələrinə  yeni konstitusiyanın layihəsini təqdim edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Astanadakı danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Lavrentyev bildirib.
Onun sözlərinə görə, layihə rusiyalı mütəxəssislər tərəfindən hazırlanıb.
“Xüsusilə qeyd etmək istərdim ki,  biz, konstitusiyanın nəzərdən keçirilməsi və qəbul edilməsi prosesinə heç bir müdaxilə etmədən, bu prosesi tezləşdirilmək və ona əlavə stimullaşdırıcı təkan vermək istəyirik.  Biz bunu yalnız bu səbəbdən etdik”, - deyə Lavrentyev qeyd edib.
Qeyd edək ki, Rusiya, İran və Türkiyə Astanada keçirilmiş iki gülük danışıqların yekunlarına dair birgə bəyanat qəbul ediblər. Tərəflər bəyanatda atəşkəs rejiminə nəzarət mexanizminin yaradıldığını elan ediblər. Mexanizmin detalları Tehran, Moskva və Ankara arasında hərbi kanalların vasitəsilə  işləniləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun