Minks Qrupunun yeni amerikalı həmsədri Richard Hoagland kimdir?

Minks Qrupunun yeni amerikalı həmsədri Richard Hoagland kimdir?
5 Yanvar 2017
Mətni dəyiş
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick-in fəaliyyəti başa çatandan sonra, bir neçə gün əvvəl Dövlət Departamenti yeni həmsədrin adını açıqladı. O, ABŞ dövlət katibinin köməkçisinin keçmiş müavini Richard Hoagland-dır. 
Hoagland 30 ildən artıq diplomatik təcrübəyə malikdir və bu yaxınlarda Suriyada hərbi əməliyyatların dayandırılması üzrə ABŞ və Rusiyanın səylərini koordinasiya edən qrupa rəhbərlik edib, bundan öncə ABŞ dövlət katibinin köməkçisinin müavini olub.
2015-ci ilin iyulunda Hoagland regional əməkdaşlıq sahəsində təşəbbüsləri, o cümlədən yeni “İpək yolu” layihəsini müzakirə etmək üçün Bakıya gəlib.
Bəzi amerikalı analitiklər Turan-ın müxbirilə söhbətdə yeni vasitəçinin problemlərlə üzləşə biləcəyindən narahatlıqlarını ifadə ediblər. Onların fikrincə, əsas problem ABŞ administrasiyasını Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında fəal iştiraka razı salmaqdır, bu da “çox şübhəli görünür”.
Qeyd edək ki, 2007-ci ildə Corc Buş administrasiyası tərəfindən Hoagland-ın ABŞ-ın Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüşdü. Lakin Senatda bunun qarşısı alınıb və buna onun 1915-ci ildə Osmanlı Türkiyəsində baş verənləri “soyqırım” adlandırmaqdan imtina etməsi səbəb olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun