Məhkəmə Rəhim Vəliyevi həbsdə saxladı

Məhkəmə Rəhim Vəliyevi həbsdə saxladı
27 Yanvar 2017
Mətni dəyiş
Bakı Apellyasiya məhkəməsi N!DA Vətəndaş Hərəkatının üzvü Rəhim Vəliyevə verilən 30 sutkalıq həbs cəzasını qüvvədə saxladı. 
Abzası-a bu barədə vəkili Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, məhkəmə Rəhim Vəliyevin polisdə işgəncəyə məruz qalmasına da münasibət bildirməyib.
"Vəliyev Rəhim Şahkamal oğlunun barəsindəki Nərimanov Rayon Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli qərarı qüvvədə saxlanıldı, apellyasiya şikayəti təmin edilmədi. Vəliyev Rəhim Şahkamal oğlunun işgəncəyə məruz qalması ilə bağlı prokurorluğa məlumat verilməsi məsələsinə məhkəmə münasibət bildirmədi, açıq saxladı."
Vəkil həmçinin baş vermiş qanunsuzluqlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini də bildirib.
Xatırladaq ki, N!DA Vətəndaş Hərəkatının üzvü Rəhim Vəliyev yanvarın 16-sı səhər evdən çörək almaq üçün çıxdıqdan sonra xəbər ondan xəbər almaq mümkün olmayıb. Axşam saatlarında 18-ci bölmənin polisləri yaşadığı mənzilə gəlib komputerinə əl qoymasından sonra məsələ aydınlaşıb. R.Vəliyev Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs cazəsı alıb. N!DA Vətəndaş Hərəkatə R.Vəliyevin həbsini qanunsuz və siyasi motivli olduğunu bəyan edib. Yaxınları da həbs edilməsininin əsas səbəbi sosial şəbəkədə yazdığı statuslar olduğunu bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun