Azərbaycanda xarici dildə reklam yerləşdirilməsinə icazə verilib

Azərbaycanda xarici dildə reklam yerləşdirilməsinə icazə verilib
26 Yanvar 2017
Mətni dəyiş
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna dəyişikliklərin edilməsi barədə fərman imzalayıb. Fərmana görə, bundan sonra xarici dildə reklam yerləşdirilməsinə icazə verilir.
"Turan" məlumat verir ki, qanuna 7.1-1 maddəsi əlavə edilib. Bu maddəyə əsasən reklamvericinin tələbilə mətndə Azərbaycan dili ilə yanaşı başqa dillərdən də istifadə etmək olar.
Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındığı formada göstərilməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun