ABŞ strateji ehtiyatlarından 8 mln. barel neft satacaq

ABŞ strateji ehtiyatlarından 8 mln. barel neft satacaq
10 Yanvar 2017
Mətni dəyiş
ABŞ strateji ehtiyatlarından 8 mln. barel neft satmağı planlaşdırır.
"İnterfax" agentliyinə istinadən verilən xəbərə görə, əldə olunan vəsait isə strateji neft anbarlarının və boru kəmərlərinin modernləşdirilməsinə yönəldiləcək.
ABŞ-ın Energetika Nazirliyi yanvarın 17-nə kimi neft alışına dair ərizələrin qəbulunu həyata keçirəcək. Tədarük isə mart və aprel aylarında baş tutacaq.
Bildirilir ki, növbəti 4 il ərzində ABŞ-ın strateji ehtiyatlarından ümumi dəyəri 2 mlrd. dollar təşkil edən yanacaq satışı həyata keçirilə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun