Sabahın havası: Qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq

Sabahın havası: Qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq
14 Dekabr 2016
Mətni dəyiş
Bakı və Abşeron yarımadasında dekabrın 15-də arabir qar yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi, gecə və səhər çovğun olacağı ehtimalı var. Arabir əsən güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 1-3° şaxta, gündüz  1° şaxtadan 2°-dək isti,  Bakıda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir.
Atmosfer  təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 %  təşkil edəcək.
Yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz  0-5° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun