"Şəhid kəməri" partlatmağa cəhd edən şəxs öldürülüb

"Şəhid kəməri" partlatmağa cəhd edən şəxs öldürülüb
4 Dekabr 2016
Mətni dəyiş
Dekabrın 3-də keçirilən əməliyyat zamanı Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, onun əməkdaşları terrorçuluqda şübhəli bilinən şəxsi öldürüb.
DTX-nin yaydığı məlumata görə, Cami Emin Əzizağa oğlu adlı şəxsi saxlamaq üçün çalışarkən, müqavimət göstərərək üzərində olan “şəhid kəməri”ni partlatmağa cəhd edib. C.Emin cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.
Əməliyyat nəticəsində öldürülən şəxsin yaxınları və ailə üzvləri ilə əlaqə saxlamaq mümkün olmayıb.
DTX bildirir ki, Cami Emin Əzizağa oğlu 2007-ci ildə zərərsizləşdirilmiş “Əbu Cəfər”ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunub.
“Azadlığa çıxdıqdan sonra onun ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu təşkilatların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli fəaliyyət göstərməsinə, habelə Azərbaycan ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr müəyyən edilmişdi”, açıqlamada qeyd edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun