Rusiyanın Türkiyədəki səfirinə silahlı hücum olub - Foto-video [Yenilənir]

Rusiyanın Türkiyədəki səfirinə silahlı hücum olub - Foto-video [Yenilənir]
20 Dekabr 2016
Mətni dəyiş
Rusiya Federasiyasının Türkiyədəki səfiri Andrey Gennadiyeviç Karlova Ankarada atəş açılıb.
Müsair İncəsənət Mərkəzdindəki bir rəsm qalereyanın açılışında çıxış edərkən silahlı şəxs tərəfindən silahlı hücuma məruz qalıb. Səfirin vəziyyəti ağırdır. Atəş açan şəxsin hələ də binada olduğu və içəridən atışma səsləri gəldiyi bildirilir.
***
Səfirə sui-qəsd törədən şəxs zərərsizləşdirilib. Hadisənin şahidlərindən biri bildirib ki, 1.80 boyunda arıq uzun şəxs səfirə arxadan yaxınlaşaraq "bizlər sizin kimi Hələbdə insanları öldürmürük, siz də ölməlisiz" deyib.
[caption id="attachment_18198" align="alignnone" width="620"] Səfirə atəş açan şəxs[/caption] [caption id="attachment_18205" align="alignnone" width="624"] AP[/caption] ***
 Rusiyanın "Ria Novosti" xəbər agentliyinin yaydığı məlumata görə, səfir Andrey Karlov həyatını dəyişib.

Rusiya xarici işlər nazirinin sözcüsü Mariya Zaxarova səfirin ölüm xəbərini təsdiqləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun