Neftin qiyməti son bir ildə ilk dəfə olaraq 57 dolları ötüb

Neftin qiyməti son bir ildə ilk dəfə olaraq 57 dolları ötüb
12 Dekabr 2016
Mətni dəyiş
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 2,39 dollar artaraq 53,89 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1 barrelə görə 2,31 artaraq 57,02 dollar olub.
Beləliklə, Brent markalı neftin qiyməti 2015-ci ilin iyulun 21-dən etibarın ilk dəfə 57 dollar həddini aşıb.
Nefti kəskin bahalaşdıran amil OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilatın azaldılmasını özündə ehtiva edən razılaşmanın imzalanmasıdır. 
Qeyd edək ki, dekabrın 10-da Vyanada OPEC-ə daxil olmayan neft istehsalçısı ölkələrinin görüşü keçirilib. Görüşdə 12 dövlət iştirak edib. Sonda 11 ölkə tərəfindən 2017-ci ilin yanvarından etibarən neft hasilatının ümumilikdə sutkada 558 min barel azaldılması barədə saziş imzalanıb. Azərbaycan neft hasilatını sutkada 35 min barel azaltmağa razılıq verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun