İlham Əliyev Fəxri Xiyabanda

İlham Əliyev Fəxri Xiyabanda
12 Dekabr 2016
Mətni dəyiş
Bu gün, dekabrın 12-si Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar prezident İlham Əliyev, dövlət və hökumət xadimləri Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.
Dövlət başçısı məzarın önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səslənib.
H.Əliyev 1969-1982, 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik edib. 2003-cü ildə səhhətinin pisləşməsi ilə bağlı öncə Türkiyədə, sonra ABŞ-ın Klivlend klinikasında müalicə alıb. Elə 2003-cü il dekabrın 12-də onun Klivlend klinikasında vəfat etdiyi bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun