Azərbaycana avtomobil idxalı 5 dəfədən çox azalıb

Azərbaycana avtomobil idxalı 5 dəfədən çox azalıb
15 Dekabr 2016
Mətni dəyiş
2016-cı ilin 11 ayı ərzində Azərbaycana 4820 ədəd nəqliyyat vasitələri idxal olunub.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 5,3 dəfə azdır. 2015-ci ilin yanvar-noyabr aylarında ölkəmizə 25 647 ədəd nəqliyyat vasitəsi idxal olunub.
Bu ilin 11 ayında 4194 ədəd minik avtomobili, 80 ədəd avtobus, 463 ədəd yük avtomobili, 83 ədəd xüsusi təyinatlı nəqliyat vasitələri idxal olunub.
Noyabr ayında 471 ədəd nəqliyyat vasitəsi, o cümlədən 419 ədəd minik avtomobili idxal olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun