Vergi borcuna görə 998 nəfər şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulub

Vergi borcuna görə 998 nəfər şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulub
23 Noyabr 2016
Mətni dəyiş
22 noyabr tarixinə vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərləri və fiziki şəxslərin siyahıları açıqlanıb.
Vergilər Nazirliyindən verilən məlumata görə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.
Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin siyahısında 449, Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin siyahısında isə 998 nəfərin adı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun