“S&P” növbəti iki il üçün neftin proqnoz qiymətlərini açıqlayıb

“S&P” növbəti iki il üçün neftin proqnoz qiymətlərini açıqlayıb
2 Noyabr 2016
Mətni dəyiş
Gələn il dünya bazarında “Brent” markalı neftin orta qiyməti 45 dollar/barel, 2018-ci ildə isə 50 dollar/barel olacaq. Bunu “S&P Global Ratings” beynəlxalq reytinq şirkətinin müstəqil reytinqlər üzrə direktoru Ravi Bhatiya bildirib. 
Bu barədə Report məlumat verib. Xəbərdə deyilir ki, agentliyin reytinqlər üzrə direktorunun sözlərinə görə, Rusiya büdcəsində növbəti 3 il ərzində neftin orta qiyməti 40 dollar/barel götürüldüyündən, büdcəni konservativ hesab etmək olar. O, Rusiyanın müstəqil kredit reytinqinin ancaq neft qiymətlərinin kəskin artması və ya sanksiyaların ləğv edilməsi halında yüksələ biləcəyini bildirib. Lakin Bhatiya bunu gözləmədiyini əlavə edib.
Xatırladaq ki, sentyabr ayında “S&P” beynəlxalq reytinq agentliyi Rusiyanın müstəqil reytinqini “BB+” səviyyəsində təsdiqləyib, proqnozu isə “neqativ”dən “stabil”ə yüksəldib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun