Son 15 il ərzində ilk dəfə avronun dollara qarşı məzənnəsində paritet yarana bilər

Son 15 il ərzində ilk dəfə avronun dollara qarşı məzənnəsində paritet yarana bilər
23 Noyabr 2016
Mətni dəyiş
Son 15 il ərzində ilk dəfə avronun dollara qarşı məzənnəsində paritet yarana bilər.
"Societe Generale" bankının analitikləri hesab edir ki, 2017-ci ilin əvvəlində Avrozonanın vahid valyutası dollarla bərabərləşəcək. Ekspertlər hesab edirlər ki, buna səbəb siyasi qeyri-müəyyənliklərin artmasıdır.
Son iki həftə ərzində avro bir neçə dəfə 1,06 dollar səviyyəsindən aşağı enib. "Societe Generale" analitiklərinin proqnozuna görə, 2017-ci ilin ilk rübündə avronun məzənnəsi 1 dollaradək enəcək.
"Paritetin yaranması iki əsas amildən asılı olacaq: Avropadakı siyasətdən və dekabrda baş tutacaq Federal Ehtiyatlar Sisteminin (FED) iclasında uçot dərəcəsinin gözlənilən artımı fonunda dolların möhkəmlənməsindən", - deyə bankirlər qeyd edib.
Donald Tramp ABŞ prezidenti seçildikdən sonra avro 5,5% ucuzlaşıb. "Hazırda investorlar artan populist ab-havadan nigarandır. Məsələn, Avropada bu hal daha qabarıq özünü büruzə verir. Fransada Marin Le Penin partiyası, İtaliyada isə "5 ulduz hərəkatı" populyarlaşmaqda davam edir. Baş verənlər avroya təzyiqləri artırır", - deyə bankın analitiki Kit Caks bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun