DTX Astara sərhəd nəzarət-buraxılış məntəqəsində əməliyyat keçirib

DTX Astara sərhəd nəzarət-buraxılış məntəqəsində əməliyyat keçirib
15 Noyabr 2016
Mətni dəyiş
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Astara sərhəd nəzarət-buraxılış məntəqəsində əməliyyat keçirib. Əməliyyat zamanı 5 nəfər saxlanılıb.
Belə ki, Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən ölkəyə qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirən Amur Məcidov DTX əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, A.Məcidov Ümrə (kiçik Həcc) ziyarətindən geri dönərkən Səudiyyə Ərəbistanından qızıl-zinət əşyalarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirib.
A.Məcidovun bu əməli Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi məlum olub.
Nəticədə A.Məcidov və Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin 4 əməkdaşı saxlanılıb.
A.Məcidov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
4 nəfər gömrük əməkdaşı isə istintaqa cəlb olunub.
İstintaq tədbirləri davam etdirilir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun