Donald Tramp Rusiya və bir sıra digər ölkələrlə münasibətləri yaxşılaşdırmaq istədiyini bəyan edib

Donald Tramp Rusiya və bir sıra digər ölkələrlə münasibətləri yaxşılaşdırmaq istədiyini bəyan edib
23 Noyabr 2016
Mətni dəyiş
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyini bildirib.
Bu barədə o, "The New York Times"a müsahibəsində deyib.
Eyni zamanda, D.Tramp jurnalistlərin sualını cavablandırarkən münasibətlərdə istənilən istiləşmənin "yenidən başlanma" kimi adlandırılmasına qarşı çıxaraq keçmiş dövlət katibi Hillari Klintonun uğursuz cəhdinə işarə vurub: "Baş verənlərdən sonra bu termini istifadə etməzdim".
"Rusiya ilə münasibətləri yaxşılaşdırmağın həqiqətən müsbət addım olduğuna inanıram. Amma təkcə Rusiya ilə deyil, həm də digər ölkələrlə münasibətləri yaxşılaşdırsaq, daha gözəl olar. Rusiya ilə münasibətləri qaydasına salmaq istərdim və hesab edirəm ki, onlar da bunu istərdi. Çünki bu, ümumi maraqların xeyrinədir", - ABŞ-ın yeni prezidenti söyləyib.
O, həmçinin Vladimir Putin ilə telefon söhbəti olduğunu təsdiqləyib, lakin danışığın detallarını açıqlamayıb.
Müsahibəsində D.Trump İraqa daxil olmağı ABŞ tarixinin ən böyük səhvlərindən biri adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun