"Çörəyin ya qiyməti qalxacaq, ya da çəkisi alacaq"

"Çörəyin ya qiyməti qalxacaq, ya da çəkisi alacaq"
29 Noyabr 2016
Mətni dəyiş
Qazın və işığın bahalaşması çörəyin də qiymətlərinə təsirsiz ötüşməyəcək. Bakıdakı çörək istehsalı ilə məşğul olan şirkətlərdən fins.az-a verilən məlumata görə, un məmulatları, o cümlədən çörək bahalaşacaq.
“Nur” çörək zavodunun satış müdiri Saməddin Məmmədxanov fins.az-a bildirib ki, kommunal xərclərin artması çörəyə iki şəkildə təsir göstərə bilər:
“Ya çörəyin çəkisi dəyişə bilər, ya da qiymətlər artacaq. Amma hələlik bununla bağlı nəsə demək tezdir. Çörəyin bahalaşması  yeni ildən baş verə bilər”.
Qeyd edək ki,  çörək sonuncu dəfə bu ilin iyul ayında bahalaşıb. Həmin vaxt 30 qəpik olan çörək 40 qəpiyə qalxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun