Beynəlxalq Bank gələn il özəlləşdiriləcək – PALATA

Beynəlxalq Bank gələn il özəlləşdiriləcək – PALATA
24 Noyabr 2016
Mətni dəyiş
2017-ci ilin 1-ci yarısının sonuna kimi Azərbaycan Beynəlxalq Bankının özəlləşdirməyə hazırlanmasını başa çatdırmağı planlaşdırırıq.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı Bakıda keçirilən “Post-neft dövrünün çağırışları: yeni iqtisadi strategiya” adlı forumda bildirib.
“Hədəfimiz 2017-ci ilin birinci yarısı başa çatmamış Beynəlxalq Bankı idarə olunan səviyyəyə çatdıraraq özəlləşdirməyə açıq elan etməkdir. Biz hesab edirik ki, bir bankın bank sektorunun 40%-ni təşkil etməsi risklidir. Beynəlxalq Bank, bank sektoruna təhdid gətirməyəcək ölçüyə gətirilməlidir”,- o deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun