Bankomatlarda problem qalmaqdadır: "20-ci bankomatdı gəlirəm, amma pul yoxdur" [Fotolar]

Bankomatlarda problem qalmaqdadır: "20-ci bankomatdı gəlirəm, amma pul yoxdur" [Fotolar]
7 Noyabr 2016
Mətni dəyiş
Son günlər Azərbaycan Beynəlxalq Bankının (ABB) bir çox bankomatlarında vəsaitin olmaması problemi davam edir.
Bu gün saytımızın əməkdaşları bankın bir çox bankomatına baş çəkib, monitorinq aparıb. Bankomatların qarşısında olan vətəndaşlar aparatların işləməməsindən, işləyən aparatlarda isə nəğd pulun olmamasında şikayətlənirlər.
Bankın mətbuat xidmətindən isə "APA”-ya verilən məlumata görə, bu gündən problem tam həllini tapıb. Bankın bütün bankomatları inkassasiya edilib. Müştərilər nağdlaşdırma əməliyyatlarını indi Azərbaycan Beynəlxalq Bankının istənilən bankomatında maneəsiz həyata keçirə bilərlər.
Saytımıza adının çəkilməsini istəməyən, Beynəlxalq Bankın mərkəzi ofisinin qarşısında gözləyən vətəndaş deyir ki, artıq neçə gündür bankomatlardan pul çıxara bilmir:
"Düz 20-ci bankomatdır baş çəkirəm, amma heç birində pul yoxdur. Belə iş olmaz, heç olmasa insanlara açıqlama versinlər ki, nə qədər çəkəcək bu problem, nədir səbəbi, insanlar da işlərini bilsinlər".
Qeyd edək ki, son bir neçə gündür Beynəlxalq Bankın bankomatlarının əksəriyyəti ya işləmir, ya da pul yoxdur. Bank məsələ ilə bu gün məlumat verib ki, problem tam həll olunub, amma göründüyü kimi hələ də vətəndaşlar təqaüdlərini, maaşlarını nəğdləşdirə bilmirlər.
bankomat bankomat bankomat bankomat  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun