Qaranlıqda addımlar - Avtoritarizmdən demokratiyaya keçid necə olur? II hissə [Təcrübə]

Qaranlıqda addımlar - Avtoritarizmdən demokratiyaya keçid necə olur?  II hissə [Təcrübə]
16 Oktyabr 2016
Mətni dəyiş
Sergey Prostakov
 Yazının I hissəsini buradan oxuya bilərsiniz. 
 Avtoritarizmdən demokratiyaya keçid necə olur?  II hissə [Təcrübə]
Tarix dəyişikliklərin davamlılığını sübüt edir, əbədi olan hansısa normaların deyil.
Tarix boyunca öz mövcudluqlarını sabitlik, xarici düşmənlərin varlığı, mədəni müəyyənlik kimi faktorlarla saxlayan avtoritar rejimlər bir gecədə dağılıblar.
Onlardan heç də hamısı sonradan demokratiyaya çevrilmirdi. Çox vaxt “Veyrmax ssenarisi” həyata keçirilir – ilk demokratik islahatların ardından diktatura qurulurdu. Bir çox hallarda buna səbəb elitanın və cəmiyyətin demokratikləşməni sona qədər aparmaq istəksizliyi olur. Bu istəksizlik sabitliyə dəyişdirilir, xarici düşmənlə mübarizəyə yönəldilir və xalqın demokratiya ilə bacarmaması bəhanəsi ilə haqq qazanır.
Hansısa uğursuzluqlarda kimisə günahlandırmağa tələsmək lazım deyil. Tarix göstərir ki, demokratiyalar cəmiyyətin buna xüsüsi hazırlıq görmədiyi yerlərdə dağılır. Bəzən demokratiyanın həqiqətən tələb olunan və dayanıqlı olması üçün on illərlə zaman lazım olur və bu hallarda elita xüsusilə kütlələrin görüşünə getməlidir. Məhz belə ölkələr demokratikləşmə yolunda daha çox uğur əldə edirlər.
İspaniya
General Fransisko Frankonun diktaturası 1930-cu illərin sonunda qurulub. Növbəti on illər ərzində o özünün bütün siyasi rəqiblərini məhv etmişdi, hər kəsdən əvvəl də solçuları. Hitler və Mussolini ilə dostluq etmişdi. Lakin bununla birlikdə müdriklik edərək İkinci Dünya Müharibəsində iştirakdan qaçmışdı.
1950-ci illərin ortalarında Avropanın ən geridəqalmış ölkələrindən olan İspaniya dəyişməyə başladı.
1959-cu ildən ölkənin uçuruma yuvarlanmasının qarşısı alınmaq üçün iqtisadiyyatın liberallaşdırılmasına başlandı. Nazirlərin bir çoxu katolik təşkilat olan "Opus Dei" üzvü idilər və bu vacib idi. Belə ki, katolik kilsə İspaniyada Frankonun diktaturasının güclənməsinin qarşısı almaqda xeyli əmək sərf etmişdi.
Lakin ən başlıcası bu deyil. 1950-ci illərin ortalarında İspaniyada vətəndaş cəmiyyəti yox səviyyəsində idi. Vətəndaş birliyinin yeganə leqal forması “qonşululuq xuntaları” idi ki, onlar da insanların yaşayış yerlərindəki məişət problemlərini həll etmək üçün yaradılan birliklər idi. Məhz bu birliklər ictimai həmrəyliyin yaranmasında əsas institut rolunu oynamışdılar.
Yarandıqdan on il sonra bu “qonşuluq xuntaları” təhsil məsələlərini öz öhdəsinə götürdü. Bir müddət sonra “qonşuların” öz qarşılarına qoyduğu məqsədlər artıq siyasi xarakter almağa başladı.
1950-ci illlərin sonundakı liberal bazar islahatlarının və artan vətəndaş aktivliyinin birliyi nəticəsində Franko siyasi islahatlara da getməli oldu. 1960-cı illərin sonunda, 30 ildə ilk dəfə siyasi xarakterli olmayan aksiyalara icazə verildi, yerli idarəetmələr genişləndi, insan hüquq və azadlıqlarını qoruyan konstutision qanunlar qəbul edildi.
1970-ci illərin sonunda ağırlaşan xəstəliyi səbəbilə Franko tədricən bütün siyasi postlardan getdi. Formal olaraq, 1947-ci ildən İspaniyada monarxiya qurulmuşdu. Ona görə də ispan diktator ölümündən əvvəl Juan Carlos-u kral simasında özünün yerinə hazırlamağa başlamışdı.
Faktiki olaraq, ispan cəmiyyəti diktatorun 1975-ci ildə baş vermiş ölümünə 20 il hazırlaşmışdı. Nəticə: kommunistlərin də, liberalların da, frankistlərin də birləşdiyi “Xalq alyansının” formalaşdırılması.  Kral, işi 1977-ci ildə yeni konstitusiya qəbul edilməsinə qədər apardı. Bundan əlavə, dövlət səviyyəsində “bağışlama paktı” qəbul edildi ki, bu paktda 1920-1970-ci illərdə baş tutmuş cinayətlərdə bütün tərəflərin biri birini ittiham etməkdən imtina etdiyi bildirilirdi.
Bundan sonra demokratikləşmə başladı. 1981-ci ildə hərbiçi-frankistlər çevriliş edib kralın diktaturasını qurmaq istədiklərində, Juan Carlos özü televiziyada bütün xalq qarşısında çıxış edərək, üsyançıları dəstəkləmədiyini bəyan etdi.
[caption id="attachment_11877" align="alignnone" width="1213"]Francisco Franco Francisco Franco[/caption]
Cənubi Koreya
1961-ci ildə Cənubi Koreyada general Park Chong Xi hakimiyyətə keçdi və diktator oldu. Müxalifət və istənilən vətəndaş təşəbbüsü məhv edilsə də ixrac sənayesinin yüksək artım tempi hesabına iqtisadiyyat davamlı inkşaf edirdi.
1979-cu ildə Park öldürüldü; sifarişçinin kim olduğu hələ də məlum deyil. Lakin onun ardından Koreyada hərbi çevriliş oldu. Hakimiyyətə general Chon Du Xvan gəldi və öz diktaturasını artan siyasi etirazlar fonunda qurmağa nail oldu. Çox qısa müddət ərzində hərbi vəziyyət elan olundu, etirazçıların həbs olunması, işkəncə edilməsi və güllənməsi başlandı. Ən məşhur epizod “ Gwangju qırğını” adını aldı: 207 nəfər öldürüldü, 1000-ə yaxın insan yaralandı.
[caption id="attachment_11996" align="alignnone" width="700"]koreya Cənubi Koreyada diktaturaya qarşı aksiya[/caption]
1988-ci ildə Seulda Olimpiya oyunları keçirilməli idi. Açılışdan bir il əvvəl, ölüm təhlükəsinə baxmayaraq, insanlar küçələrə çıxmağa başladı. Park prestijli beynəlxalq tədbiri itirmək istəmirdi, ona görə də etirazçılara atəş etməyə qərar verdi. 1987-ci ildə İyun üsyanı qalxdı: diktatorun qərarsızlığından istifadə edən insanlar 17 gün küçələrdə etiraz etdilər. ABŞ və BOK-un (Beynəlxalq Olimpiya Komitəsi) təzyiqi nəticəsində Park iyunun 29-da “siyasi islahatlar bəyannaməsini” təqdim etdi. Və beləcə demokratiyaya keçid başladı.
Olimpiada baş tutdu.
Meksika
Digər Latın Amerikası ölkələrindən fərqli olaraq, Meksikada heç vaxt hakimiyyətdə hərbiçilər olmayıb. Hətta ölkəyə baxdıqda onun nümunəvi demokratiya olduğunu belə düşünmək olardı. 1910-cu il inqilabından sonra ölkədə aqrar islahat və neft sənayesinin milliləşdirilməsinin də yer aldığı proqressiv sağyönümlü hakimiyyət qurulmuşdu.
1929-cu ildə Meksikada qurulmuş İnstitutiv-İnqilabi Partiyanın liderləri, qonşu ölkələrdəki diktaturaların dağılmasından düzgün nəticə çıxarmışdılar. Ona görə də Meksika da heç vaxt siyasi müxaliflik qadağan olunmamışdı. Bir qayda olaraq seçkilər keçirilirdi və bir nəfərin sadəcə bir dəfə seçilməsi ilə bağlı konstitusiya qanununa sözsüz riayət olunurdu.
Lakin heç də hər şey göründüyü kimi deyildi. Meksikada on illərlə prezidentin özündən sonra yerinə gələcək insanı seçmə imkanı verən klientilistik sistem mövcud idi. İİP ilk dəfə hakimiyyətə gələndən sonra aktiv şəkildə seçkilərdə administrativ resurslardan istifadə edirdi ki, nəticədə 1930-cu ildən başlayaraq fasiləsiz uzun müddət hakim partiya oldu. Müxalifət ölkədəki siyasi hadisələrə çox zəif təsir edirdi. Perulu yazıçı, Nobel laureatçısı Mario Varqas Losa İİP-ni “ideal diktator” adlandırmışdı.
1988-ci ildə Meksikada “seçkilərin şəffavlığı” şüarı altında prezident seçkilərində səslərin sayılmasını komputerlərlə həyata keçirdilər. Maşına təsir cəhdi, texniki nasazlığa gətirdi. İİP-nin bu vaxt meksikalılar arasında ciddi avtoritet sahibi olduğunu da demək olmazdı. Lakin ən vacibi: 1988-ci ildəki nasazlıqlar vakuumda deyil, dünyada bir çox avtoritar rejimlərin dağıldığı zamanda baş vermişdi. Latın Amerikasında bu vaxt hərbi diktaturaların on illərlə idarəsindən sonra ilk seçkilər keçirilirdi. Azad ticarətlə bağlı Cənubi Amerika ölkələrinin razılaşması (NAFTA) Mexikonun iqtisadi əməkdaşlarını ölkə daxilindəki siyasi prosesləri diqqətlə izləməyə məcbur edirdi.
1994-cü ildə İİP seçkilərdə qalib oldu. Lakin əvvəlki üsullardan istifadə edərək elektoratın səsini almaq iqtidarında deyildi. 2000-ci illərdə ilk dəfə seçkilərdə İİP deyil, müxalif Milli Hərəkat Partiyasından (PAN) Vincente Fox qalib oldu.
Polşa
1945-ci ildən Polşa Sovet İttifaqının təsiri altında idi. 1940-cı illərin sonunda ölkənin yüksək idarəetmə orqanlarına rəhbərlər faktiki olaraq Moskvada seçilirdi. Mərkəzi Avropada 1956-cı ildə Macarıstanda və 1968-ci ildə Çexoslavakiyada “kontrevalusiya” ilə mübarizə aparmaq bacarığını nümayiş etdirmiş güclü sovet hərbi qruplaşmasının mövcudluğu, Polşanın və ona qonşu ölkələrin demokratikləşmə prespektivlərini şübhə altına alırdı.
Lakin heç nəyə baxmayaraq Polşada antikomunistik və antiavtoritar müqavimət həmişə mövcud olmuşdur. Yalnız 1957-ci ildə Polşanın Moskvada seçilən rəhbərliyinin legitimliyini tanımayan son Krayovoy Ordu (Xalq ordusu) məhv edildi. 1950-ci ilin ortalarında Qdansk, Krakov və Varşavada trotskistlərdən tutmuş dini konservatlara qədər hər kəsin olduğu, ölkənin Moskvadan “ayrılması” halında Polşanın müxtəlif pozisiyalardan transformasiyası layihələrini hazılayan yeraltı təşkilatlar qurulmağa başladı.
1970-ci ildə Polşa hakimiyyəti iqtisadi durğunluq səbəbilə qida məhsullarının qiymət artımına getdi. Nəticədə, 1970-1971-ci illərdə sənayeləşmiş şimalda bəzən insanların ölümü bahasına yatırılan etiraz dalğası oldu.
1970-ci illərin sonunda baş verənlər kommunist rejimə qarşı bütün ölkədə müxalifətin formalaşmasına təkan verdi. Onun formalaşması yolunda ən vacib hadisə ilk Roma Papasının – polyak Ioann Pavel II seçilməsi oldu. Katolik kilsəsi insanlarda etiraz ruhunun saxlanılmasında vacib rol oynayırdı.
Bütün əsas hadisələr 1980-ci ildə baş verdi. Etirazların artdığı dövrdə artıq polyak hakimiyyətinin əhalinin həyat səviyyəsini artırmaq üçün lazım olan resursları tükənmək üzrə idi. Xarici borc təqribən 20 mlrd dollar idi, Moskva da artıq subsidiya verə bilmirdi. 1980-ci illərin ikinci yarısında Polşada elektrik Lex Valensanın rəhbərliyi ilə “Həmrəylik”- milli işçi ittifaqının formalaşması nəticəsində etirazlar dayandı. 1980-1981-ci illərdəki etirazlar kommunistlərin devrilməsinə gətirmədi. General Voysex Yaruzelskiy 1981-ci ilin dekabrında hərbi vəziyyət elan etdi və növbəti bir neçə il ölkədə ciddi siyasi etiraz halı mövcud oldu.
“Həmrəylik” özündə müxtəlf yönümlü siyasi qüvvələri birləşdirmiş təşkilat oldu. Onun sayəsində polyak intellektuallar və kontrelitanın nümayəndələri 1980-ci illərdə postkomunist Polşa üçün gələcək obraz formalaşdırdılar. 1980-ci illərin ikinci yarısında Moskva Mərkəzi Avropa ölkələrini “azad üzməyə” buraxdıqda, Polşada kommunizmin süqutu qaçılmaz oldu.
[caption id="attachment_11997" align="alignnone" width="700"]solidarnost 80-ci illərdə Polşada etiraz aksiyası[/caption]
1989-cu ilin əvvəlində Polşada “Həmrəylik” nümayəndələri və kommunist Polşa liderlərinin bir sıra birgə toplantıları - dəyirmi masa keçirildi. Məqsəd vətəndaş müharibəsinin qarşısını almaq və rəqabətli demokratiyaya keçid şərtlərini müzakirə etmək idi.
Sonrakı illərdə seçkilər keçirildi. “Həmrəylik” parçalandı və öz mövqelərini itirdi. Lakin diktatura və ya təkpartiyalı rejimə də geri dönüş olmadı.
Əgər demokratikləşmənin üçüncü dalğa ölkələrinin təcrübələrini toplasaq, belə bir nəticəyə gələ bilərik: siyasi dəyişikliklərin əsasında şəraitlə bərabər, cəmiyyət və elitanın uzun, çətin və bəzən əzablı birgə işi dayanır. Bu iş hər şeydən əvvəl, ictimai həmrəyliyə, iştirak mədəniyyətinə və gələcəyin obrazına yönəlməlidir. Məhz bu dəyişikliklər sayəsində keçmiş avtokratiyalar demokratiyalara çevrilir.
Ardı var. 
Tərcümə: Ulduz Məmmədova

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun